Məhkəmədən Vətən Müharibəsinin iştirakçısı haqqında ƏDALƏTLİ ADDIM...
(24-02-2021, 09:30)

3 aydır həbsdə olan mayor Ziya Kazımov ev dustaqlığına buraxılıb.
Bunu Moderator.az-a açıqlamasında Z. Kazımovun vəkili Bəhruz Bayramov bildirib.
Vəkilin bildirdiyinə görə, o vəkil kimi prosesə qoşulmamışdan öncə Hərbi Prokurluq da mayorun keçdiyi şərəfli döyüş yolu ilə bağlı obyektiv araşdırma apararaq lazımi materiallar toplayıbmış:
"Sonradan mənim vəkil kimi iştirakımla Ziya Kazımov keçdiyi döyüş yolu ilə bağlı istintaqa 9 saat ifadə verib. 27 sentyabrda hərbi əməliyyatlara qoşulan gündən noyabrın 7-də kontuziya alanadək keçdiyi yol mənim iştirakımla bir daha araşdırıldı. Hərbi Prokurorluq məndən öncə bununla bağlı müvafiq sorğular vermişdi. Bu gün də Ziya Bakı Hərbi Məhkəməsinin qərarı ilə ev dustaqlığına buraxıldı. Əməyi keçən və bizə mənəvi dəstəyini əsirgəməyən hər kəsə, hər bir təşkilata təşəkkürümü bildirirəm. Eyni zamanda istinaq orqanı olaraq Hərbi Prokurorluq müdafiə etdiyim şəxsin ev dustaqlığına buraxılmasına heç bir etirazını bildirmədiyinə görə onlara da ayrıca təşəkkür düşür".