“Yaşat” Fondu Tovuz döyüşlərində yaralanan qazimizin müalicəsini nəzarətə götürdü...  
 (11-01-2021, 17:00) 
	Silahlı Qüvvələrimizin müddətdən artıq hərbi qulluqçusu Nəsirov Kənan Füzuli oğlu aldğı qəlpə yarasına görə yeriyə bilmir. 
Moderator.az-ın əməkdaşı bir müddətdir ki, müalicələri yarımçıq qalan qazinin problemiylə maraqlanıb. Qazimiz artıq bu gün “Yaşat” Fondu tərəfindən müalicələrinin davam etdiriləcəyini deyib:
“Mən 1994-cü ildə Tovuz rayonun Ocaqlı kəndində anadan olmuşam. Beş il idi ki, orduda MAXE işləyirdim. Tovuz döyüşləri zamanı mən də düşmənin hücumunun qarşısını almaq üçün silaha sarıldım. İyulun 12-də kürəyimdən ağır qəlpə yarası aldım və yerimə qabiliyyətimi itirdim. Müalicələrim davam edirdi, amma elə oldu ki, bir müddət sonra maddi imkanımız olmadığı üçün müalicələrimi davam etdirə bilmədim. 
Hazırda Mərdəkanda reabiltasiya mərkəsində müalicə olunuram, amma burda mənə lazım olan avadanlıqlar yoxdur. Edilən müraciətlərdən sonra “Yaşat” Fondundan mənə zəng vurub bildirdilər ki, sizə köməklik etməyə hazırıq. Mən də məsləhət gördüm ki, əvvəllər müalicələrimi edən və yeriyəcəyimə zəmanət verən həkimim Ramazan həkimə müraciət edim. İnşallah inanıram ki, hər şey yaxşı olacaq. Mənimlə maraqlanan həs kəsə öz təşəkkürümü bildirirəm”.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 201
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






