Yeddi ay idi ki, ailə həyatı qurmuşdu - Şəhid hərbçimizin döyüş yolu...
(12-12-2020, 17:13)



İkinci Qarabağ Savaşında qəhrəmancasına şəhid olan hərbçilərimizdən biri də MAXE şəhid Rüstəmov Əli Yağnəli oğludur. 

Moderator.az şəhidimizin həyat yolundan bəhs edən yazını təqdim edir.

Ə.Rüstəmov 1992-ci ildə Cəlilabad rayon Çüncəli kəndində anadan olub. 1999-cu ildə kənd orta məktəbinin birinci sinifinə gedib. 2012-ci ildə orta təhsilini başa vuraraq hərbi xidmətə yollanıb. Hərbi xidmətdə olarkən isə atasını itirib. Xidmətini baş vurduqdan sonra bir müddət rayonda yaşayıb və daha sonra işləmək üçün Rusiyaya gedib. Bununla da o, 6 il il Rusiyada işləyib. 
2016-cı ildə vətənə qayıdan Əli nişanlanıb. 2020-ci il martın 13-də isə ailə həyatı qurub. Daha sonra isə Əli yenidən ordu sıralarına qayıdıb və bu dəfə MAXE kimi işləməyə başladı. Kəşfiyyatçı olan Əli 27 sentyabr döyüşlərində ön cəbəhəyə can atıb. O, hərb sahəsini çox sevib və ən böyük arzusu da torpaqlarımızın düşmən tapdağından azad edilməsində iştirak etmək olub. Müharibəyə gedərkən isə öz yaxınları ilə hallaşıb. Qardaşlarına və qayınına “anam və həyat yoldaşım sizə əmanətdir”-deyərək döyüşə yollanıb. 

Oktyabrın 8-də əli qızğın döyüşlər zamanı qəhrəmancasına şəhid olub. Ailəsi ondan xəbər tutmadığı üçün narahat olub. Telefonlarına da zəng çatmayıb və düşünüblər ki, əməliyyatdadır, özü zəng vurar. Oktyabrın 29-dan 30-na keçən gecə Əlinin şəhidlik zirvəsinə ucalması xəbəri ailəsinə çatdırılıb. Şəhidimiz həmin gün böyük izdihamla doğulduğu kənddə son mənzilə yola salınıb. Həyat yoldaşı onun tabutunu çiyninə götürərək qəbiristanlığa qədər aparıb. 

Əli o qədər vətənpərvər olub ki, hətta toyunda belə maşınını üçrəngli bayrağımızla bəzəyib. Bu gün Əlinin məzarı nəinki kənd sakinləri, hətta onu tanıyan və tanımayan insanlar tərəfindən ziyarət edilir. 
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 204

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930