Avropanın ən böyük sursat zavodu bu ölkədə AÇILIR
(27-08-2025, 16:00)
Almaniyanın müdafiə sənayesi nəhəngi "Rheinmetall" 2027-ci ilə qədər ildə 350 min ədəd 155 millimetrlik artilleriya mərmisi istehsal edəcək Avropanın ən böyük sursat zavodunu istifadəyə verir.
dovrunnabzi.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumatda bildirilir ki, zavoda yatırılan investisiya təxminən 500 milyon avrodur.
Açılış mərasimi bu gün, avqustun 27-də keçiriləcək. Tədbirdə "Rheinmetall" şirkətinin baş direktoru Armin Papperger, Almaniyanın maliyyə naziri və vitse-kansler Lars Klinqbeyl, müdafiə naziri Boris Pistorius və NATO-nun baş katibi Mark Rutte iştirak edəcək.
Qeyd olunur ki, istehsalın başlanması əvvəlcədən planlaşdırılan qrafikdən bir neçə ay geri qalıb.
Şirkət gələn il yeni zavodda raket artilleriyasının istehsalına da start verməyi planlaşdırır. Son üç ildə sursat və silah istehsalı segmenti "Rheinmetall" üçün əsas uğur faktoru hesab olunur.

Ana səhifəyə qayıt
Oxunub: 643
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər