Ukraynanın “Flamingo” raketləri gündə bir ədəd istehsal olunur - FOTO
(21-08-2025, 16:00)
Associated Press xəbər agentliyi “Fire Point” şirkətinin istehsal sahələrindən birində çəkilmiş videonu yayımlayıb. Sözügedən müəssisədə hazırda Ukraynanın yeni nəsil uzaqmənzilli “Flamingo” raketləri hazırlanır.
dovrunnabzi.az xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, hazırda gündəlik yalnız bir raket istehsal etmək mümkündür. Lakin planlara əsasən, oktyabr ayına qədər istehsal gücü artırılaraq gündə yeddi “Flamingo” raketi buraxılması nəzərdə tutulur.
Mühəndislər bildiriblər ki, raketlərin uçuş məsafəsi 3000 kilometr təşkil edir və hədəfdən yayınma ehtimalı 14 metrdən artıq deyil. “Flamingo” raketləri 1150 kiloqramlıq faydalı yük daşımaq gücünə malikdir. Maraqlı məqam odur ki, ilk istehsal edilən nümunələrdə texniki nasazlıq səbəbindən raketlər çəhrayı rəngdə olub. Elə bu səbəbdən onlara “Flamingo” adı verilib və ad artıq rəsmi olaraq qəbul olunub.

Ana səhifəyə qayıt
Oxunub: 76
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar
Seçilənlər