Ermənistan–ABŞ hərbi təlimləri BAŞLADI - FOTOLAR
(12-08-2025, 11:30)

Ermənistanda “Eagle Partner” adlı Ermənistan–ABŞ hərbi təlimlərinə start verilib.

dovrunnabzi.az xəbər verir ki, avqustun 20-dək davam edəcək təlimlərdə Ermənistan hərbçilərinin beynəlxalq sülhməramlı missiyalara hazırlığı həyata keçiriləcək.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadası, ABŞ-ın Avropa və Afrikadakı quru qoşunları, həmçinin Kanzas Milli Qvardiyası iştirak edir.

Qeyd edək ki, “Eagle Partner” Ermənistanda 2023-cü ildən etibarən hər il keçirilir.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 4

Xəbər lenti