“İşğal etməyəcəksənsə istefa ver" - Netanyahudan Baş Qərargah rəisinə TƏHDİD
(5-08-2025, 14:00)
İsrailin Baş naziri Benyamin Netanyahu ilə Baş Qərargah rəisi Eyal Zamir arasında Qəzzaya dair fikir ayrılığı yaranıb.
dovrunnabzi.az xəbər verir ki, yerli mediada yer alan xəbərlərə görə, Netanyahu Qəzza zolağının tam işğalı planına qarşı çıxan Zamirə istefa mesajı göndərib.
“Jerusalem Post” qəzetinə danışan, adı açıqlanmayan baş nazirlik rəsmisi bildirib ki, Netanyahu bütün Qəzza zolağını işğal etmək qərarına gəlib. Qəzza daxilində israilli əsirlərin saxlandığı güman edilən bölgələrə genişmiqyaslı quru hücumları planlaşdırılır.
Rəsmilərdən biri bildirib ki, Netanyahu bu planla razılaşmayan Eyal Zamirə açıq mesaj verib:
“Əgər Qəzzanın tam işğalı planı sizə uyğun gəlmirsə, istefa verməlisiniz”.
İsrail mətbuatında yayılan məlumatlara görə, Zamir Qəzzanın tam işğalının nəticələrinin fəlakətli ola biləcəyini düşünərək bu planı dəstəkləmir.
Bu gərginlik İsrail rəhbərliyi daxilində Qəzzaya qarşı atılacaq növbəti addımların ciddi şəkildə müzakirə olunduğunu göstərir.

Ana səhifəyə qayıt
Oxunub: 351
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər