Rusiyaya ŞOK ZƏRBƏ - Ən dəhşətli detallar DEŞİFRƏ OLDU
(2-08-2025, 15:00)

Araşdırmaya görə, bu rəqəmlər yalnız açıq mənbələrdən – ictimai nekroloqlardan, sosial şəbəkələrdəki paylaşımlardan və yerli mətbuatdan toplanan məlumatlara əsaslanır. Reallıqda bu sayın daha da yüksək olduğu ehtimal edilir.
Tədqiqatçılar bildirir ki, 2024-cü ilin sonlarından etibarən Rusiya hər gün təxminən 100-dən çox hərbçi itirir. Xüsusilə 2023-cü ilin payızından sonra bu dinamika kəskin artıb. Bu, həm Ukraynanın müqavimətinin davam etməsi, həm də Rusiyanın itki bahasına da olsa, yeni əraziləri ələ keçirməyə çalışma taktikasından qaynaqlanır.
Ən çox itki verən bölgələr
Araşdırmaya əsasən, Rusiyanın ən çox itki verən bölgələri aşağıdakılardır:
• Dağıstan
• Buryatiya
• Krasnodar diyarı
• Sverdlovsk vilayəti
• Çelyabinsk vilayəti.
Bu bölgələr əsasən sosial-iqtisadi baxımdan zəif, maddi səbəblərlə hərbi xidmətə yazılan əhalinin üstünlük təşkil etdiyi ərazilərdir.
Rusiya Müdafiə Nazirliyi hələ də rəsmi itki statistikasını paylaşmaqdan imtina edir. Kremlin nəzarətində olan media isə mövzuya ya toxunmur, ya da onu “uğurlu əməliyyatlar” başlığı ilə ört-basdır etməyə çalışır. Lakin “Mediazona” və BBC-nin araşdırması ölkədə getdikcə daha çox ailənin oğullarını itirməsi, səssizcə dəfn mərasimlərinin artması və ictimai narazılığın yüksəlməsi fonunda aparılıb.
Bu statistika göstərir ki, Kreml rəhbərliyinin apardığı müharibənin real bədəli insan həyatıdır. Rusiya cəmiyyətində isə getdikcə daha çox insan “niyə” və “nə üçün” sualını verməyə başlayır.
Qeyd edək ki, bu, yalnız ölü və itkin düşənlərə aid rəqəmdir. Yaralananlar, şikəst qalanlar, ruhi travma yaşayanlar və mülki itkilər bu rəqəmlərə daxil edilməyib.
Ana səhifəyə qayıt
Oxunub: 4
Xəbəri paylaş
Xəbər lenti
18-08-2025 14:30
Ən çox baxılanlar