Kamran Əliyev onlara vəzifə verdi - FOTO
(17-07-2025, 14:00)

Baş Prokuror əmrlər imzalayıb.
dovrunnabzi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan bildirilib.
Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Bakı şəhəri Səbail rayon prokurorunun köməkçisi Leyla Kərimovaya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Sabunçu rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.
2014-cü ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan Leyla Kərimova əvvəllər Xocalı və Qubadlı rayon prokurorunun köməkçisi, Xocavənd rayon prokurorluğunun müstəntiqi vəzifələrində işləyib.
Baş Prokurorun digər əmrilə Bakı şəhər prokurorluğunun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin prokuroru Ləman Səmədzadə Eldarlıya Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru (Xətai rayon məhkəməsi üzrə) vəzifəsinin icrası həvalə edilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 37

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930