İsrailə qarşı hərbi ÇAĞIRIŞ - 82 min döyüşçü SƏFƏRBƏR EDİLDİ – savaş ALOVLANDI!
(26-06-2025, 17:00)

Yəməndəki silahlı husilər hərəkatı İsrailə qarşı döyüş əməliyyatlarında iştirak etməyə hazır olan 82 min könüllü üçün hərbi hazırlığın başa çatdığını elan edib.
dovrunnabzi.az xəbər verir ki, bu barədə İranın dövlət xəbər kanalı "PressTV" məlumat yayıb.
Husilərin Səna şəhərində səfərbərlik işlərinə cavabdeh olan rəsmi nümayəndəsi Faiz əl-Xanəminin sözlərinə görə, bütün iştirakçılar “Əl-Əqsa Fırtınası” adlı proqram çərçivəsində hazırlıq mərhələsinin ilk hissəsini keçiblər.
O həmçinin qeyd edib ki, artıq ikinci mərhələyə start verilib və ilkin qiymətləndirmələrə görə, təkcə Sənada 100 minədək yeni əsgərin cəlb olunması planlaşdırılır.
Əl-Xanəmi əlavə edib ki, husilərin nəzarətində olan digər əyalətlərdə, Saada, Amran, Həccə və Caufda da oxşar təlim kursları keçirilir.
Bu açıqlama Yaxın Şərqdə davam edən gərginlik və xüsusilə İranla onun regiondakı müttəfiq silahlı qrupları tərəfindən səsləndirilən hərbi ritorikanın fonunda verilib.
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 35

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930