Hərbçilərə cinayət hüququ barədə məlumat verildi
(24-06-2025, 10:00)

dovrunnabzi.az xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılıb, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib.
Çıxışlarda radikal dini ideologiyaların xarici mərkəzlər tərəfindən cəmiyyətə, xüsusilə gənclərə yönəlmiş ideoloji təhdid vasitəsi kimi istifadə olunduğu, bunun yalnız fərdi deyil, ümumilikdə dövlətin təhlükəsizliyi üçün ciddi risklər yaratdığı şəxsi heyətin diqqətinə çatdırılıb.
Dövlət Sərhəd Xidməti və Respublika Hərbi Prokurorluğu tərəfindən keçirilən birgə tədbirlərin hərbi qulluqçuların hüquqi savadlılığının artırılmasına, ekstremizmə qarşı mübarizənin gücləndirilməsinə, orduda və bütövlükdə cəmiyyətdə təhlükəsizlik və sabitliyin qorunmasına xidmət etdiyi xüsusi olaraq qeyd edilib.
Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.
Ana səhifəyə qayıt
Oxunub: 3
Xəbəri paylaş
Xəbər lenti
11-07-2025 18:00
Ən çox baxılanlar