Şok! İsfahanda Ukrayna kəşfiyyatçıları tutuldu! PUA zavodunu partlatmaq istəyiblər
(23-06-2025, 10:00)
dovrunnabzi.az xəbər verir ki, İranın təhlükəsizlik qüvvələri İsfahan vilayətində yerləşən strateji hərbi-sənaye obyektinə – pilotsuz uçuş aparatları (PUA) istehsalı ilə məşğul olan zavoda hücum etməyə çalışan Ukrayna kəşfiyyatının 3 üzvünü saxlayıb.
Bu barədə məlumatı İranın “Tasnim” agentliyi yayıb. Rəsmi açıqlamada bildirilir ki, saxlanılan şəxslər Ukrayna kəşfiyyat xidmətləri ilə əlaqəlidirlər və onların məqsədi İsfahanda yerləşən “Şahed” pilotsuz uçuş aparatlarının istehsal mərkəzinə hücum etmək olub.
Qeyd edək ki, “Şahed” PUA-ları hazırda dünyanın diqqət mərkəzindədir və İranın bir sıra ölkələrə, o cümlədən Rusiyaya bu dronları təchiz etməsi beynəlxalq reaksiyalara səbəb olub.
Mənbələr bildirirlər ki, saxlanılan şəxslər hücum hazırlığı zamanı yaxalanıblar və barələrində istintaq davam edir.
Bu hadisə ABŞ-İran münasibətlərində gərginliyin artdığı, İsrailin İranın nüvə obyektlərinə qarşı hava zərbələri endirdiyi, eyni zamanda Tramp administrasiyasının yeni siyasi kurs müəyyən etdiyi həssas dövrə təsadüf edir.

Ana səhifəyə qayıt
Oxunub: 319
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər