Faiq Qürbətovun BİLƏSUVAR XARABALIQLARI... - Rayon rəsmən xaraba günə qalıb...
(22-05-2023, 17:00)


Faiq Qürbətovun BİLƏSUVAR XARABALIQLARI... - Rayon rəsmən xaraba günə qalıb...

44 günlük Vətən müharibəsində əldə qazanılan Qələbədən sonra yerlərdə rayon-şəhər icra hakimiyyətlərinin fəaliyyətlərində önəm verilən əsas istiqamətlərdən biri və bəlkə də birincisi şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosil vəziyyətlərinin yaxşılaşdırılması müstəvisində gördükləri işlərdir desək, yanılmarıq. 3 ilə yaxındır ki, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmiş Faiq Qürbətovun işinin məhz bu yönü axsayır.

Biləsuvar rayonunun inzibati mərkəzində, Biləsuvar şəhərinin Milli Qəhrəman Mübariz İbvrahimovun adını daşıyan küçədə cəmi 3 ay əvvəl döşənmiş yol dağılıb. Tik-Tok istifadəçilərindən biri internet platformasında yerləşdirdiyi video-materialı müşayiət edən səs yazısında qeyd edir ki, yolun döşənməsi qarlı havada, sululuq şəraitində həyata keçirildiyindən, nəticə keyfiyyətsiz alınıb. Odur ki, indi yola yamaq vurmağa ehtiyac yaranıb. Halbuki asfaltın istismar müddəti 20-30 ildir. Video-qeydə şərh yazmış digər istifadəçilər yamaq vurulmuş yolun da dözməyəcəyini deyirlər və keyfiyyəti korrupsiyanın “yediyini” bildiriblər.

Mayın 3-də internetdə paylaşılan başqa bir materialda isə şəhid Babək Mahmudlunun doğulub böyüdüyü evi su basdığı göstərilir. Görüntülərdə evin sakinlərininin yağış suyunu döşəmədən vedrə ilə çölə daşıdıqları diqqəti çəkir.

Xatırladaq ki, şəhid Babək Mahmudlunun ailəsinə iki il əvvəl Dövlət Məşğulluq Agentliyinin xətti ilə təsərrüfat qurmaq üçün verilmiş heyvanlar xəstə çıxdıqları üçün tələf olmuşdu.

Biuləsuvarda bərbad halda olan sahələr təkcə yol və su-kanalizasiya təsərrüfatları deyil. Küçələrdə antisanitariya şəraiti hökm sürür, mərkəz dairənin həndəvərində çoxlu saydav sahibsiz itlər dolaşır. Tədbir görülməzsə, yaxınlaşmaqda olan isti yay günlərində itlərin quduzlaşması və insanlara zərər yetirməsi də istisna olunmur.

Rayonun ağrılı problemlərindən biri də kənd təsərrüfatı sektorundakı pərakəndəlik, torpaq sahələrinin və subsidiyaların bölgüsündəki ədalətsizlikdir. Rayon sakini Niyaz Məmmədov “Yutub” kanalındakı paylaşımında şikayətlənir ki, Biləsuvarın dövlət fond torpaqlarının 17 min hektarı qeyri-biləsuvarlılara verilib: “İran İslam Respublikasının vətəndaşı Şəhriyar Mahiri böyük ərazini rəhbəri olduğu şirkətə uzunmüddətli icarəyə götürərək 150 min manat subsidiyanı cibinə qoyub. Torpağı isə elə biləsuvarlıların özünə icarəyə verərək heç bir zxəhmət çəkmədən pul qazanır. Halbuki, müqavilə üzrə götürdüyü öhdəliklərə görə torpağın münbitləşdirilməısinə, yüksək məhsuldarlıq əldə edilməsi üçün xüsusi toxumların gətirilməsinə çalışmalıdır. Qazandığı kapital ona qol qoyduğu şərtləri unutdurub. Biləsuvarlılar isə torpaqdan, işdən məhrum olublar.

Daimi oxucular xatırlayarlar ki, ötən yazılarımızda Biləsuvar rayonunun əkinə yararlı xeyli ərazisinin Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Rafael Quliyev və qohumları tərəfindən “pay-püşk” olunmasından bəhs etmişdik.

Deryaz.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 67

Xəbər lenti
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    İyun 2023    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930