Xaçmaz sakini itkin düşüb
(12-08-2021, 12:00)


Xaçmaz sakini itkin düşüb
Xaçmaz rayon sakini, 1996-cı il təvəllüdlü Hikmət Qafarov iyun ayının 28-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, H.Qafarov 170 sm boylu, arıq bədən quruluşludur.
 
Evdən çıxarkən onun əynində sarı köynək, göy rəngli şalvar və boz rəngli ayaqqabı olub.
 
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 189

Xəbər lenti