"İlqar Əlfioğlu, hər şey cəhənnəm, bir qarabağlı kimi sən necə İrana tərəf çıxa bilərsən?"
(12-08-2021, 16:17)

İlqar Əlfioğlu neçə-neçə illərdir ki, var gücü ilə İranı müdafiə edir. Onun müdafiəsi ardıcıl və dönməz xarakter daşıyır. Özü də yeyib-içən adamdır. Elə bir dindarlığı da yoxdur ki, deyəsən ki, bu müdafiə dindarlıqdan qaynaqlanır.
Deməli, Azərbaycan dövləti, onun maraqları qalıb bir tərəfdə, adam iki ayağını bir başmağa dirəyərək fars-molla rejiminə dəstək verir. Qalmışam matu-məəttəl ki, niyə?
Azərbaycan İrana nota verib. Adam deyir ki, nota xırda şeydir. İt də bilir, qurd da bilir ki, İran Dağlıq Qarabağa silah və yanacaq daşıyır. Məqsəd də bəllidir. Azərbaycanın problemləri mümkün qədər çox olsun, zəifləsin, yaxşı olar ki, lap məhv olsun. İlqar Əlifoğlu isə asanlıqla bunun tam əksini sübut edə bilər. Azərbaycanın papaq altında belə görkəmli oğulları yatır, bunu da belə bilmiş olun.
İlqar Əlfioğlu, hər şey cəhənnəm. İran Qarabağın işğalında Ermənistana dəstək verib. Bir qarabağlı kimi sən necə İrana tərəf çıxa bilərsən? Özü də belə radikal formada. Bəs, haradadır sənin vətən-millət-dövlət sevgin? Niyə onları fars mollalarına peşkəş etmisən?
Elbəyi Həsənli, İsveçrədə yaşayan jurnalist
Ana səhifəyə qayıt
Oxunub: 225
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər