Gəncədə qadına qarşı soyğunçuluq edən şəxs saxlanıldı
(2-07-2021, 17:30)

İyun ayının 26-da Gəncə şəhər sakini olan bir qadın Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinə müraciət edərək, yaşadığı evin qarşısında tanışının onun boğazındakı qızıl boyunbağını götürüb qaçdığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşa məxsus qızıl boyunbağını soyğunçuluq yolu ilə mənimsəməkdə şübhəli bilinən şəxsin şəhər sakini, 48 yaşlı Rəşad Sadıqov olması müəyyən edilib. R.Sadıqov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Ana səhifəyə qayıt
Oxunub: 195
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər