“Facebook”un bu funksiyası “Instagram”da da oldu
(26-04-2018, 16:11)

“Facebook”un bu funksiyası “Instagram”da da oldu
“Facebook” sosial şəbəkəsində "Məlumatlarınızı yükləyin" (“Download Your Information”) funksiyasının analoqu “Instagram”da yaradılıb


Lent.az-ın “TechCrunch”a istinadən xəbərinə görə, bu alət “Instagram”a yüklənmiş bütün məzmunu yükləməyə imkan verir.

Hazırda “Data Download” funksiyası xidmətin saytı vasitəsilə bütün istifadəçilər üçün əlçatandır, sözügedən funksiya yaxın vaxtlarda mobil proqram üçün də təqdim ediləcək.

Sorğu formasına elektron poçt ünvanı daxil edən istifadəçiyə öz hesabındakı məzmunu yükləməyə imkan verən linkdən ibarət məktub göndəriləcək. 48 saat ərzində sorğuya cavab verilir.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 717

Xəbər lenti
12-11-2025 11:00