"Bakcell" əhatə dairəsini Şuşa şəhərinədək genişləndirib - FOTO
(11-06-2021, 11:02)


Azərbaycanın ilk mobil rabitə operatoru "Bakcell" şirkəti mobil şəbəkəsinin əhatə dairəsi artıq qədim Şuşa şəhərinə qədər genişlənirib.
 
Şirkətdən verilən məlumata görə, işğaldan azad olunmuş torpaqlarda aparılan bərpa işlərində daha bir addım – "Bakcell" şirkətinin texniki personalı Qarabağda şəbəkənin qurulmasını davam etdirir və "Bakcell" şəbəkəsi artıq Şuşa şəhərini də əhatə edir.
 
"Bakcell"in 2G, 3G və 4G baza stansiyaları artıq Şuşada və Cıdır düzündə, Cəbrayıl rayonunda, Hadrut qəsəbəsi də daxil olmaqla Xocavənddə də quraşdırılıb. "Bakcell" Qarabağda şəbəkənin əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin təmin edilməsinə yönəlmiş genişmiqyaslı işlərini davam etdirəcək.
 
Qeyd edək ki, "Bakcell" şəbəkəsi müstəqil mobil bençmarkinq təşkilatları tərəfindən 3 il ardıcıl olaraq "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adlandırılıb.
 
undefined
 
undefined
 
undefined
 
undefined
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 200

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930