Azərbaycan güləşçiləri üçün mükafat fondu açıqlandı  
 (2-02-2021, 18:40) 
	Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.
Pandemiya ilə əlaqədar onlayn formatda təşkil olunmuş tədbirdə bəzi qərarlar qəbul edilib.
İlin sonunda reytinq xallarına əsasən sərbəst, yunan-Roma və qadın güləşində ümumilikdə 30 çəkidə ilk 3 yeri tutacaq idmançılar üçün ayrılan mükafat fondu 600 min ABŞ dolları olacaq. Hər çəkinin lideri 10 min dollar, ikinci yerin sahibi 7 min dollar, ilk “3-lüy”ü tamamlayan güləşçi isə 3 min dollarla mükafatlandırılacaq.
Bu il iki reytinq yarışı nəzərdə tutulub. UWW-nin təqvim planına əsasən, 4 - 7 martda İtaliyanın paytaxtı Romada keçiriləcək Matteo Pellikone turniri və 8 - 13 apreldə Polşanın paytaxtı Varşavada təşkil olunacaq “Poland Open” yarışı reytinq xarakteri daşıyacaq.
Bundan başqa qitə birincilikləri, o cümlədən, 19 - 25 apreldə Varşavada baş tutacaq Avropa çempionatında, 1 - 8 avqustda Tokio olimpiadasında və 2 - 10 oktyabrda Norveçin paytaxtı Osloda təşkil olunacaq dünya çempionatında güləşçilərə reytinq xalları veriləcək. Olimpiya Oyunlarında fəxri kürsüyə qalxacaq idmançılar əlavə 20 faiz reytinq xalları əldə edəcək.
Qeyd edək ki, iclasda qəbul olunmuş digər qərara əsasən ötən il dünyasının dəyişən Avropa Güləş Birliyinin prezidenti Tseno Tsenov UWW-nin fəxri vitse-prezidenti seçilib.
   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 207
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






