“İndiyə kimi qeyri-rus millətindən olan bu qədər insan Rusiyaya qarşı belə çıxış etməyib”
(21-01-2021, 11:30)
“Yanvarın 19-da günortadan sonra dostlarla sabah ad günümü harda keçircəyimizi planlaşdırdıq. Elə oldu ki, gecə xəbər gəldi ki, Bakıya qoşun yeridilib”
Bunu Moderator.az-a açıqlamasında telejurnalist Mübariz Əsgərov deyib. M.Əsgərov həmin illərdə Moskvada təhsil aldığını bildirib:
“Ən son 1989-cu ildə yanvarın 20-də doğum günümü keçirmişəm. 1990-cı ildə Moskvada oxuyurdum. Yanvarın 19-da günortadan sonra dostlarla sabah ad günümü harda keçircəyimizi planlaşdırdıq. Elə oldu ki, gecə xəbər gəldi ki, Bakıya qoşun yeridilib. Səhər tezdən Azərbaycanın Moskvadakı Nümayəndəliyinin qarşısına gəldik. Bundan sonra bir neçə gün Mərkəzi Komitənin, Müdafiə Nazirliyinin digər qurumların qarşısında nümayişlər, mitinqlər, etiraz aksiyaları keçirildi. Nümayəndəlikdən televiziyanın qarşısına qədər 30 kilometrdən çox yolu minlərlə azərbaycanlı qarlı havada piyada getdi. Orda biz dedik ki, Bakıda baş verən hadisələr düzgün işıqlandırılmır. Bu həm hüznlü, həm də şərəfli bir tarix idi. O vaxt həm də bu hadisə baş verəndən sonra ulu öndər Heydər Əliyevin nümayəndəliyə gəlib SSRİ-nin ali rəhbərliyinə kəskin mövqeyini bildirməsi orda toplaşan azərbaycanlıları çox ruhlandırdı, daha da mütəşəkkil etdi. Həmin nümayişlərdə 30 minə yaxın azərbaycanlı iştirak edirdi. İndiyə kimi və bundan sonra da qeyri-rus millətindən olan bu qədər insan orda Rusiya hökumətinə qarşı belə çıxış etməyib. Yəni şərəfli bir tarix idi. Hətta Heydər Əliyevə xəbər göndərmişdilər ki, ora gəlsən, səni gözlənilməz, xoşagəlməz hadisələr gözləyir. Amma buna baxmayaraq Heydər Əliyev ora cənab prezident İlham Əliyevlə gəldi. Hətta ona təklif etmişdilər ki, binaya arxa qapıdan girsin, amma bu onun üçün qəbul olunmayan bir şey idi. O, giriş qapısından girib insanlarla görüşdü. Dünyanın bir çox informasiya agentlikləri Moskvada yerləşirdi və dünya üçün ilk böyük bəyanatı orda Heydər Əliyev verdi”.
Ana səhifəyə qayıt
Oxunub: 194
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər