Sosial şəbəkələrdə "Zəngəzur Azərbaycandır!" kampaniyasına başlanıldı...
(11-12-2020, 15:00)
BAXCP sədrinin müavini, tanınmış politoloq, QHT sədri Niyaməddin Orduxanlı sosial şəbəkədə "Zəngəzur Azərbaycandır!" adlı kampaniyaya start verib.
Bununla bağlı Moderator.az - a açıqlama verən Orduxanlı bildirib ki, bu gündən etibarən bununla bağlı bütün istiqamətlər üzrə fəaliyyət göstərəcək:
"Əvvəla onu deyim ki, Qədim Zəngəzur, İrəvan, Göyçə, Dərələyəz mahallarının Azərbaycan torpaqlarının olduğu hamı bilir. 20 əsrin əvvəllərində zorla bu torpaqlar alınıb ermənilərə verilmişdi. Azərbaycanın əlində bununla bağlı rəsmii sənədlər mövcuddur. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının İrəvan xanlığını ermənilərə verilməsinə dair sənədlərimiz var. Özü də 100 illiyə verilməsində dair. Zəngəzurun verilməsi ilə bağlı rəsmi sənədlərə istinad edirəm. XVIII əsrdə Zəngəzur mahalının ərazisinin böyük hissəsi Qarabağ xanlığının, bir hissəsi isə Naxçıvan və İrəvan xanlığının tərkibində olub. Çar Rusiyası dövründə isə o, Gəncə (Yelizavetpol) quberniyasının tərkibinə daxil edilib. XX əsrin əvvəllərində Zəngəzur mahalında 240 azərbaycanlı (türk), bundan üç dəfə az erməni kəndi var idi. Mahal 7 bölgədən ibarət olub: Qafan, Gorus, Qarakilsə (Sisian), Mehri, Zəngilan, Qubadlı, Laçın. 1918-1920-ci illərdə Zəngəzur Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi kimi Şuşa, Cavanşir, Cəbrayıl qəzaları ilə birlikdə Qarabağ general-qubernatorluğuna daxil idi. 1920-ci il 28 apreldə Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra Zəngəzur Azərbaycanın tərkib hissəsi kimi ayrıca inzibati bölgə - qəza olub. 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olundu. Qərarın “q” bəndində deyilirdi ki, Zəngəzur Ermənistanının tərkibinə keçirilir. Bütün bunlar çox yaxın tariximizdə baş vermiş rəsmi sənədlərdi."
Niyaməddin Orduxanlının sözlərinə görə, bu gün "Zəfər " paradında Ali Baş Komandan İlham Əliyev öz çıxışında da Zəngəzurun, İrəvanın, Göyçə mahalının qədim Azərbaycan torpğı olmasına dair fikirlərini bildirdi və dünüyü mesaj verdi ki, biz öz qədim torpaqlarımız haqqında da düşünürük:
"Bir sm torpağımızdan da geri çəkiməməliyik. Bütün bu işləri görənlər siyasətçilər olmalıdır. Gələcək nəsillərimiz də bilməlidir ki, Zəngəzur, Dərləyəz, Göyçə, İrəvan qədim torpaqlarımızdır. Artıq beynəlxalq səviyyədə Azərbaycan 30 ildə Qarabağda vurduğu ziyana görə Ermənistandan təzminat tələb edəcək. Bu təzminatın miqdardı 100 milyard dollarla ölüçülür. Bu pulun əvəzində erməniləri hələlik Zəngəzuru geri verə bilərlər. Bununla bağlı "Yeni Müsavat" qəzetinin tanınmış jurnalisti Elşad Paşasoyun çox gözəl təhlil yazısını da oxudum. Bəli, biz, ilkin olaraq Zəngəzuru almalıyıq. Və sosial şəbəkədə bu gün başladığım "Zəngəzur Azərbaycandır!" şüarına qısa müddətdə ölkənin çox tanınmış və nüfuzlu şəxlərinin dəstəyini aldım. Yüzlərlə insan bu kampaniyaya qoşulduğunu bəyan etdi. Mən bir siyasətçi olaraq bu istiqamətdə fəaliyyətimi davam etdirəcəm.
Mən Bakıda anadan olmuşam. Atam, babalarım zəngəzurludur. 1988-ci ildə 300 min İrəvandan, Zəngəzurdan soydaşlarımızı məcburu köckün ediblər. Və buna qədər yüz minlərlə insan Stalinin qərarı ilə bu torpaqlardan çıxardıblar. Milyonlarla Azərbaycan türkünün torpağıdır. Bizim haqqımız var ki, öz babalarımızın torpaqlarına qayıdaq. Bu torpaqlar da ulu türk babalarımızın ruhu uyuyur. Öz torpaqlarımıza qayıdıb, sahib çıxmalıyıq!
Ana səhifəyə qayıt
Oxunub: 207
Xəbəri paylaş
Xəbər lenti
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər