ADU-da “Azərbaycan və Çinin əfsanəvi hərbi qalaları” mövzusunda seminar keçirilib
(11-11-2020, 13:00)
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu "Azərbaycan və Çinin əfsanəvi hərbi qalaları" adlı elmi-tələbə onlayn seminarı keçirib.
Seminarda açılış nitqi ilə çıxış edən ADU Konfutsi İnstitutunun direktoru, Çin dilinin hərbi tərcüməçisi Rafiq Abbasov Böyük Qələbə Günü münasibətilə seminar iştirakçılarını təbrik edərək, Azərbaycanın əfsanəvi hərbi qalalarının çoxəsrlik tarixindən, fortifikasiya qurğularının gücü və memarlığın qeyri-adi gözəlliyi ilə seçilən əzəmətli qalalarından danışıb. Ölkəmizin dövlətçilik tarixində parlaq iz qoymuş Azərbaycanın müxtəlif regionlarında hərbi qalaların tikməsi tarixindən və quruluşundan danışan R. Abbasov Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulmuş Şuşa qalasından da xüsusi söhbət açıb.
Onlayn seminarda iştirak edən ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Fucyen əyalətindəki "tulou" və Guandun əyalətindəki "dyaolou" Çin unikal tarixi qala evləri, Qansu əyalətindəki Yuntay və Şenzhendakı Dapin qədim qala şəhərləri, Tyantszində Daqu və Pekində Vanpin hərbi istehkamları, eləcə də görkəmli sərkərdələr-azərbaycanlılar - Əli Ağa Şıxlinski və Səməd bəy Mehmandarovun müdafiəsində iştirak etdiyi Dalyandakı Port-Artur qalası haqqında danışıblar.
Ana səhifəyə qayıt
Oxunub: 221
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər







