Azərbaycanda maraqlı hadisə: Hakim evində kirayə qaldığı qadının işindən imtina etdi
(25-08-2025, 12:30)


Azərbaycan məhkəməsində maraqlı hal yaşanıb.

dovrunnabzi.az-ın əldə etdiyi məlumata görə, kuryoz hadisə Neftçala Rayon Məhkəməsində baş verib.

Hakim Ceyhun Qədimov mənimsəmədə ittiham olunan xanım müttəhimin anket məlumatlarını elan edərkən sürprizlə qarşılaşıb. Maraqlısı odur ki, hakimin qarşısındakı cinayət işi evində kirayə qaldığı qadına aid imiş.

Qanunun tələbinə uyğun olaraq hakim dərhal özü-özünə etiraz edib. İşin onun icraatından alınması üçün apellyasiya instansiyasına müraciət göndərib.

Eyni zamanda məhkəmənin sədri olan hakim etirazında yazır ki, Neftçala rayonunda evi olmadığı üçün hər ay 320 manat ödəməklə təqsirləndirilən şəxsin mənzilində kirayə qalıb. Buna baxmayaraq, son günlərə qədər ev sahibinin hansısa cinayətdə ittiham olunduğunu bilməyib. Bunun da əsas səbəbi təqsirəndirilən şəxsin istintaq müddətində azadlıqda olmasıdır. Məsələdən xəbər tutan kimi mənzildən köçüb. Sözügedən cinayət işi isə elektron məhkəmə sistemində təsadüfü bölüşdürmə zamanı onun icraatına düşüb.

Şirvan Apellyasiya Məhkəməsi obyektivlik baxımından etirazı əsaslı hesab edib. İş Neftçala Rayon Məhkəməsinin icraatından alınaraq ərazi baxımından ən yaxın olan Salyan Rayon Məhkəməsinə göndərilib.




шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930