Azercell-in dəstəklədiyi milli komanda olimpiadada uğur qazandı
(24-07-2025, 15:30)

 Mobil operator qızların İKT sahəsində iştirakının təşviqinə davam edir 
14–20 iyul tarixlərində Almaniyanın Bonn şəhərində keçirilmiş 5-ci Avropa Qızlar İnformatika Olimpiadasında (EGOI) azərbaycanlı məktəbli qızlar yüksək nəticələr göstəriblər. Ölkəmizi uğurla təmsil edən Bakı şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin X sinif şagirdi Rahidil Bayramlı və Gəncə şəhəri, Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseyin XI sinif şagirdi Ayan Kərimova bürünc medala, Bakı şəhəri, eyni liseyin X sinif şagirdi Aytən İskəndərova isə həvəsləndirici mükafata layiq görülüb.
Beynəlxalq İnformatika Olimpiadasının (IOI) formatında təşkil olunmuş müsabiqəyə 61 ölkədən 200-dən çox şagird qatılıb. İki gün ərzində hər biri beş saat davam edən proqramlaşdırma sessiyalarında qızlarımız alqoritmik düşüncə və texniki bacarıqlarını nümayiş etdirərək mürəkkəb tapşırıqlar həll ediblər. Qiymətləndirmə təqdim olunan həllərin funksionallığı və texniki dəqiqliyi əsasında aparılıb.
Yarışma proqramından əlavə, olimpiada iştirakçılara Almaniya mədəniyyəti ilə tanış olmaq,  həmçinin müxtəlif ölkələrdən həmyaşıdları ilə ünsiyyət qurmaq fürsəti yaradıb. Qızlar Bonn şəhərinin mədəni və tarixi abidələrini ziyarət edib, maarifləndirici və interaktiv tədbirlərdə fəal iştirak ediblər.
“Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində 2017-ci ildən etibarən informatika üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu çərçivədə, qızlardan ibarət komanda artıq dörd ildir ki, EGOI-də müntəzəm iştirak edir. Şirkət bu təşəbbüslərlə ölkədə İT və İKT sahələrində təhsilin inkişafını, xüsusilə qızların bu sahələrdə fəal iştirakını təşviq edir.
Azercell qalib qızları təbrik edir, onlara gələcək müsabiqələrdə yeni nailiyyətlər arzulayır!шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930