"Parlaq Ulduzlar" layihəsi çərçivəsində rəqs müsabiqəsi keçirildi - FOTOLAR / VİDEO
(18-07-2025, 12:00)

dovrunnabzi.az xəbər verir ki, müsabiqənin əsas məqsədi ölkənin müxtəlif bölgələrindən olan istedadlı gəncləri üzə çıxarmaq, onların bacarıqlarını geniş ictimaiyyətə təqdim etmək və milli-mədəni dəyərlərimizin qorunmasına töhfə vermək idi.
Tədbirdə müxtəlif yaş qruplarını təmsil edən gənc rəqqas və rəqqasələr çıxış etdilər. Onlar həm milli rəqslərimizi, həm də müasir səhnə hərəkətlərini böyük peşəkarlıqla təqdim etdilər. Müsabiqə iştirakçılarına münsiflər heyətinin obyektiv qiymətləndirməsi prosesi başa çatdıqdan sonra diplom və hədiyyələr təqdim olunacaq.
Tədbir ictimaiyyət nümayəndələrinin, valideynlərin və mədəniyyət sahəsində çalışan şəxslərin böyük marağına səbəb oldu. Layihə çərçivəsində istedadlı gənclərin dəstəklənməsi və onların gələcək inkişafına stimul verilməsi prioritet istiqamət kimi vurğulandı.
"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyi olaraq inanırıq ki, belə təşəbbüslər gənclərin yaradıcı inkişafı və milli irsimizin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.






Ana səhifəyə qayıt
Oxunub: 365
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər