Sevil Əliyevanın oğlu bu məşhurun nəvəsi ilə ailə qurub
(23-06-2025, 12:00)

Prezident İlham Əliyevin bacısı Sevil Əliyevanın oğlu Azər Əliyevin toyu olub. Toy şənliyi dünən axşam Cea Breeze-də yerləşən restoranlardan birində baş tutub.
Mərasimdə dövlət başçısının ailə üzvləri, Azər Əliyevin yaxın qohumları və dostları iştirak edib.
dovrunnabzi.az-ın əldə etdiyi məlumata görə, Azər Əliyev Züleyxa Rüstəmova adlı xanımla evlənib. Onun "Pasha Holding"ə məxsus "Pashabank"da işlədiyi bildirilir.
Qeyd edək ki, Züleyxa Rüstəmova AzTV-nin vaxtilə diktoru olmuş, Azərbaycan SSR-in xalq artisti Fatma Cabbarova və Sabir Rüstəmovun nəvəsidir.  

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 5

Xəbər lenti