Sevgilisinin 90 mindən çox pulunu ələ keçirən Kənana BU CƏZA VERİLDİ
(20-06-2025, 10:00)

Külli miqdarda dələduzluqda təqsirləndirilən bloger Kənan Balahəsənlinin məhkəməsi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə K.Balahəsənli Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi üzrə təqsirli bilinib.
İnformasiya texnologiyaları sahəsində mütəxəssis olan və instaqramda 260 min izləyicisi olan Kənanın "EKOİN" adlı kriptovalyuta elektron ticarəti ilə məşğul olduğu və qazanc əldə etmək vədi ilə sevgi münasibətində olduğu qadından 93 500 manat, digər 4 nəfərdən isə 14 min manata yaxın pul alaraq ələ keçirdiyi müəyyən edilib.
Zərərçəkmiş şəxslər ifadələrində K.Balahəsənlinin özünü dövlət qurumlarının İT mütəxəssisi kimi təqdim etdiyini və buna inanaraq pul verdiklərini qeyd ediblər.
Məhkəmənin hökmü ilə Kənan Balahəsənliyə 6 il 6 ay həbs cəzası verilib.
Onun keçmiş sevgilisi E.İsgəndərovanın mülki iddiası da təmin edilib. Kənandan 93 500 manat pulun tutularaq zərərçəkmiş şəxsə ödənilməsinə qərar verilib.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 38

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930