Azərbaycanın uşaq ədəbiyyatına yeni bir nəfəs gəlir -Video
(23-05-2025, 18:30)

-Lalə, özünü təqdim elə səni daha yaxından tanıyaq.
-Mən Lalə Əfəndizadə. 270 saylı tam orta məktəbin 4ç sinifində oxuyuram.
– Lalə, ilk şeirini nə vaxt yazdın?
-İlk şeirimi 4 yaşımda nənəmə həsr etmişəm.
Mənim şirin nənəm,
Mənə noğul dedi.
Öpüb məni,
Noğul yedi.
– Ən çox hansı mövzular haqqında yazmağı xoşlayırsan?
-Ən çox insanlara şeirlə müraciət etməyi xoşlayıram.
– Şeir yazanda səni nə ilhamlandırır?
-Ən çox məni insanların sevgisi, qayğikeşliyi, dostluğu ilhamlandırır.
– Deyirlər ki, sənin səsin də gözəldir. Doğrudur?
-İfa etməsəm də bir çox xalq mahnılarının sözlərini əzbər bilirəm. Fikirləşirəm ki, xalq mahnıları böyüklər üçün yazılıb. Uşaqlar elə şeir söyləsələr yaxşıdı. Uşaq üçün xalq mahnısı olmasa da Oktay Zülfüqarovun mahnilarını ifa edirəm.
– Böyüyəndə nə olmaq istəyirsən?
-Ürək həkimi.
Ağriyan qəlbləri şeirimlə əzizləyib, sağaltmaq istəyirəm.
– Səncə, uşaq şair olmaq necə bir hissdir?
-Gözəl bir hissdi.
-Boş vaxtlarında nələr etməyi xoşlayırsan?
-Kitab oxumağı, rəsm çəkməyi, velosiped sürməyi xoşlayıram
-Hansı uğurların olub?
-"İstedadları Tanıyaq və Tanıdaq" İctimai Birliyinin bir çox layihələrində tədbirlərində iştirak etmişəm.
"İlin fəal şagirdi" adına layiq görüldüm.
-Dərslərini necə oxuyursan?
-Əla.

-Sevincliyəm, qürur duyuram.
Lalə Əfəndizadə yaşından qat-qat böyük düşüncələri və duyğuları ilə həmyaşıdlarından fərqlənir. Onun misralarında sevgi, ümid və saf uşaq təxəyyülü var. Balaca Lalənin söz sehrini daha böyük səhnələrdə, kitab səhifələrində görəcəyimiz gün uzaqda deyil. Azərbaycan ədəbiyyatı gələcəyin ulduz şairini qarşılayır.
dovrunnabzi.az
Ana səhifəyə qayıt
Oxunub: 21
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar