Bakı İlahiyyat Kollecinə qəbul üçün qeydiyyat başlayır
(21-05-2025, 11:00)

Bakı İlahiyyat Kollecinə qəbul üçün qeydiyyat başlayır

Tam (11 illik) orta təhsil bazasında Bakı İlahiyyat Kollecinin dini-mənəvi xidmət ixtisasına qəbul olmaq istəyən abituriyentlər mayın 30-dək müvafiq keçidə daxil olub qeydiyyatdan keçməlidirlər: //eservices.dim.gov.az/qabiliyyet
Bu barədə dovrunnabzi.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Qeydiyyat prosesində buraxılış imtahanında (əvvəlki illərin məzunları üçün qəbul imtahanı) 40 və daha yüksək bal (fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir) toplayan abituriyentlər iştirak edə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər Dini-psixoloji komissiyanın müsahibəsində iştirak edəcəklər. Müsahibədə iştirak etmək üçün buraxılış vərəqəsi DİM-in saytına yerləşdiriləcək və bununla bağlı əlavə məlumat veriləcək.

Abituriyentlər vərəqədə göstərilmiş tarix və saatda müsahibədə iştirak edəcəklər. Müsahibədən məqbul  qiymət alan abituriyentlər  dini-mənəvi xidmət  ixtisasını seçə biləcəklər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 55

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930