Azərbaycanlı məşhur müğənni boşandı - FOTO
(21-05-2025, 09:30)

 Uzun illərdir Türkiyədə yaşayan azərbaycanlı müğənni Elyanə Arslan türkiyəli həyat yoldaşından boşanır.

dovrunnabzi.az  xəbər verir ki, bu haqda müğənni özü məlumat verib.

"Bu gündən etibarən Mert Arslanla olan evliliyimizi qarşılıqlı hörmət və sayğı çərçivəsində sonlandırdığımızı bildirmək istəyirəm.

İşlərimlə bağlı olaraq Arslan soyadını daşımağa davam edəcəyəm. Mertə gələcək həyatında uğurlar arzu edirəm", - deyə Elyanə qeyd edib.

Qeyd edək ki, Elyanə Arslan 2013-cü ildə Türkiyə vətəndaşı Mert Arslanla ailə qurub. Cütlüyün bu nikahdan bir oğlu var.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 319

Xəbər lenti