"Həftədə bir neçə dəfə, yarım gün internetin verilişində fasilə yaranır..." - GİLEY
(10-06-2023, 20:00)

Bakının Balaxanı kəndi, Zabrat qəsəbəsinin sakinləri ərazini sürətli internetlə təmin edən "Metronet" şirkətinin fəaliyyətindən narazıdırlar.
Bu barədə Musavat.com-a məlumat verən sakinlər bildiriblər ki, həftədə bir neçə dəfə, yarım gün internetin verilişində fasilə yaranır.
Sakinlər bildirirlər ki, şirkət telefonlara cavab vermir, problemin nədən qaynaqlandığını açıqlamır. Onların sözlərinə görə, fasilələrə baxmayaraq, 30 gün tamam olan kimi internetləri kəsilir, abunə haqqı tələb olunur. Şirkət kəsintiləri kompensasiya etmir.
Məsələ ilə bağlı şirkətdən bildirilib ki, internetin kəsilməsinə səbəb qəzaların olmasıdır.
Ana səhifəyə qayıt
Oxunub: 218
Xəbəri paylaş
Xəbər lenti
15-07-2025 16:00
15-07-2025 13:30
15-07-2025 10:00
Ən çox baxılanlar