Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı
(16-11-2022, 15:00)

Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı


Qaraciyər sirrozundan əziyyət çəkən aktyor Elvin Ağayevin həyat yoldaşı ilə birlikdə çəkdirdiyi Yeni il fotosessiyası müzakirələrə səbəb olub.

Buna səbəb aktyorun fotoda spirtli içki içirmiş kimi görüntülənməsi olub. İzləyicilər E. Ağayevi sağlamlığına qəsdən zərər vurmaqda ittiham ediblər.

Məsələ ilə bağlı açıqlama verən aktyor bunu adi şəkil adlandırıb: “Hazırda həkim nəzarəti altında müalicəm davam edir. Həkimimin icazəsi ilə xırda-xırda işlərə başlamışam. Çəkilişlər, reklamlar və s. İnşallah biraz da sağalım, serial və ya filmlərdə rol alacağam. Orada məni fərqli obrazlarda görə bilərsiniz. Avara, siqaret çəkən, içki içən və s. Bu o demək deyil ki, mən adi həyatda da bunların istifadəçisiyəm. Mən ssenarist, aktyoram. Bununla pul qazanıram”.

Qeyd edək ki, E. Ağayev bu ilin avqustunda əməliyyat olunub. Onun donoru bacısı Gülnaz olub. Aktyor əməliyyatın uğurlu keçdiyini və yarım il evdə müalicə olunacağını bildirib.
Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı

Sirrozdan əziyyət çəkən aktyorun bu fotosu müzakirə yaratdı
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 65

Xəbər lenti
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031