“Facebook”dan yenilik - Evlənəcəyiniz adamı tapacaqsız
(2-05-2018, 13:41)

“Facebook”dan yenilik - Evlənəcəyiniz adamı tapacaqsız
“Facebook” bundan sonra fəaliyyətini dəyişir.

Dovrunnabzi.az xarici KİV-ə istinadən xəbər verir ki, bundan sonra ailə qurmaq istədiyiniz şəxsi “Facebook”dan tapa biləcəksiniz. İstifadəçilər mövcud profillərlə əlaqəli olan, sevgi münasibəti qura biləcəkləri başqa bir profil də aça biləcəklər. Bu profili istifadəçinin dostları görməyəcək.

Daha sonra “Facebook” alqoritmi uyğun namizədləri seçmək üçün istifadəçilərin siyahısını göndərəcək. Sosial şəbəkənin qurucusu Mark Zükerberq bu xidmətin də pulsuz olacağını, şəxsi məlumatların isə tamamilə gizli saxlanılacağını deyib:

“Bu özəllik sayəsində müvəqqəti deyil, əsl və uzunömürlü münasibətlər qurulacaq”.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 430

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930