"“Leyli və Məcnun” tamaşasında onu görüb vuruldum, sonra evlənmə təklifi etdim..."
(6-10-2021, 10:02)


“Palatada həkimlə söhbət edə-edə alnını tutdu, dünyasını dəyişdi” - Qəndab Quliyevanın həyat yoldaşı...                                                                                                                                                                 
Xalq artisti Qəndab Quliyevanın həyat yoldaşı Eldar Rufiyev Moderator.az-ın suallarını cavablandırıb.
 
- Eldar müəllim, necəsiniz?
- Belə də, sürünürəm xəstəliklə. Böyrəklərim əziyyət verir mənə. Yenə də min şükür bu günümüzə!
 
- Siz bizim gözəl sənətkarımız Qəndab xanımın ömür-gün yoldaşısınız. Onu daha çox hansı günlərdə xatırlayırsınız?
 
- Elə bir gün yoxdur ki, onu mən xatırlamayım. Hər an, hər snaiyə qəlbimdədir. Allaha and olsun! Kövrəltdiniz məni. Mənim üçün çox çətindir onun haqda ölümündən sonra danışmaq. İnsan yaddan çıxan adamı xatırlayır, Qəndab xanım heç vaxt yaddan çıxmayıb ki, onu xatırlayım da.
 
- Necə tanış olub ailə həyatı qurmuşdunuz?
 
- Qəndab xanıma “Leyli və Məcnun” tamaşasında baxandan sonra vuruldum. O Leylini, Canəli Əkbərov isə Məcnun rolunu oynayırdı. Mən tamaşanı izləməyə getmişdim. Qəlbən onu sevirdim, həm də gözəl xanım idi. Bundan başqa da bir neçə dəfə onun tamaşalarını izlməyə getmişdim. Mənə elə gəlir ki, Qəndab xanım da məni artıq tanıyırdı. Ona sevdiyimi deyəndə razılaşdı, ailə həyatı qurduq.
 
- Qəndab xanımı digər sənətkarlardan ayıran, seçən hansı xüsusiyyət var idi?
- Qəndab xanımda elə xüsusiyyətlər var idi ki, heç kişilərdə elə xüsusiyyət yox idi. Hər mövzuda ürəkli insan idi. Həyat yoldaşım olduğuna görə onu tərifləmirəm. Kişi qeyrətli xanım idi, ona görə də Qədir müəllimlə dostluğu yaxşı tuturdu.
 
- Hansı xanım sənətkara baxanda hiss edirsiniz ki, onda az da olsa Qəndab xanımın müəyyən hərəkəti, oxşarlığı var?
 
- Xalq artisti Səkinə İsmayılova, Mələkxanım Əyyubova, xanəndə Sevinc Sarıyevanı bəzən Qəndab xanıma oxşadıram, ürəyimə salıram. Bəzən elə zəngulə vururlar ki, elə bilirəm ki, Qəndab xanımdır. Onların hamısı da Qəndabı çox istəyənlərdəndir.
 
- İbrahim Tatlısəslə bir toyda çəkilən görüntüləri çox səs-küyə səbəb olmuşdu. Bu görüntülərdən nə danışa bilərsiniz?
 
- Bu görüntülər Nüşabə Ələsgərlinin oğlunun toyunda lentə alınıb. Həmin gün mən onu aparıb toya düşürtdüm, özüm gəldim evə. Sonra mənə dedi ki, toyda Nüşabə xanım məni İbrahim bəyə təqdim etdi. Mən də onun üçün gözəl bir “Qarabağ şikəstəsi” oxudum. Biz ailəvi harasa gedəndə hamı-uşaqlı-böyüklü gəlib onunla görüşürdü. Özünü də, sənətini də sevirdilər.
 
- Neçə ilə birlikdə yaşadınız?
 
- 35 il birlikdə yaşadıq, bir-birimizi sevdik. Mən hələ də onu sevirəm.
 
- Xəstə olduğunu necə bildiniz?
 
- Həkimə yoxlanış üçün getmişdik. Həkim məni kənara çəkib dedi ki, bəs məsələ belədir, yüksək şəkər xəstəsidir. Hər an onu itirə bilərsiniz. Anası  da, bacısı da yüksək şəkər xəstəliyindən dünyasını dəyişmişdi.
 
- Xəstə vaxtlarında nə ilə təsəlli tapırdı?
 
- Heç özü də inanmazdı ki, nə vaxtsa bu tezliyində dünyasını dəyişə bilər. Xəstəxanda yanında qalırdım, səhhəti də normal idi. Psixoloq gəldi, başladı onunla söhbət etməyə. Palatada həkimlə söhbət edə-edə bir də gördük ki, alnını tutub keçindi. Adətən insan ölümünü hiss edəndə vəsiyyət edir, kiməsə nəsə deyir. Bunda belə olmadı, hər şey qəfildən oldu. Yatsaydı yuxuma da girməzdi ki, onu bu tezliyində itirəcəyəm.
 
- Oğlunuz müsahibəsində bildirmişdi ki, Qəndab xanım həkim səriştəsizliyinin qurbanı olub. Bu həqiqət idi?
 
- Sözün düzü, məndə bu haqda məlumat yoxdur. Uşaqdır da, anasını itirib, nəsə deməlidir ki, ürəyin soyusun.
 
- Ən böyük arzuları nələr idi?
 
- Ən böyük arzusu doğma yurdu Fizulinin, Dilağarda kəndinin düşməndən azad olunması idi. Kaş o bu günləri görərdi. Təkcə Fizuli üçün yox, Qarabağın bütün bölgələri üçün canını verərdi. Qarabağ şikəstəsini oxuyana qədər gedib o biri dünyanı görüb gəlirdi. Çox ürəklə oxuyurdu.
 
- Tək yaşayırsınız?
 
- Tək yaşamaq o qədər də əzab deyil, amma Qəndabsız yaşamaq olduqca əzabdır. Özü də çox! Ondan sonra heç vaxt ailə həyatı qurmadım, qurmaram da. Bu yüngüllük olardı. Mən dağ boyda insanı, həyatımın yoldaşını heç kimə dəyişmərəm. Kişi gərək özündə də yaxşı qadınına baxsın. Həyat yoldaşım yoxdursa mən də yoxam. İndi o yoxdur, ruhu ilə yaşayıram. İnsan acını yaşayanda hiss edir, dadını bilir. Yaşamayanda hiss etmir, dünya-aləm vecinə olmur. Onu həyatda yenidən heç olmasa bir dəfə görmək üçün canımı verərdim.
 
- Nə vaxtsa xətrinə dəymisiniz?
 
- Xeyr, mən elə insan deyiləm. O qəlbə dəymək deyil ki, bu çay mənim xoşuma gəlmir, çayı yaxşı dəmlə. Burada qəbahət heç nə yoxdur.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 6

Xəbər lenti
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031