Sərdar Tarkandan üzr istəyəcək
(28-07-2025, 13:00)
Türkiyəli müğənni Sərdar Ortaç yaxın günlərdə həmkarı Tarkanla bağlı dediyi sözlərə görə üzr istəyəcəyini bildirib.
dovrunnabzi.az xəbər verir ki, bu barədə Sərdar Ortaç sosial media canlı yayımında danışıb. O qeyd edib ki, Tarkanı sevdiyini və onunla illərdir küsülü qalmaq istəmədiyini anlayıb. Müğənni əvvəlcə emosiyalarla hərəkət etdiyini, lakin sonradan bunun doğru olmadığını düşündüyünü etiraf edib.
"Əslində onu çox sevirəm. Biz eyni dövrün sənətçiləriyik, bir-birimizi həmişə dəstəkləməliyik. Tarkan istedadlı və uğurlu sənətçidir. Mən də ona qarşı dediyim sözlərə görə peşmanam və üzr istəyəcəm," - deyə Ortaç bildirib.
Qeyd edək ki, Sərdar Ortaç bir müddət əvvəl Tarkanın musiqi fəaliyyəti ilə bağlı tənqidi fikirlər səsləndirmiş, bu isə normal qarşılanmamışdı.

Ana səhifəyə qayıt
Oxunub: 31
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar
Seçilənlər