Emin Ağalarov ciddiləşdi: Sea Breeza artıq Türkiyəyə gəlir — Bodrumda “kiçik Xəzər” qurulur - VİDEO
(15-07-2025, 13:30)

dovrunnabzi.az xəbər verir ki, Azərbaycanın xalq artisti, tanınmış biznesmen Emin Ağalarov uzun illərdir Xəzər sahilində həyata keçirdiyi möhtəşəm Sea Breeza layihəsini indi də Türkiyəyə daşımağa hazırlaşır.
Xatırladaq ki, Emin Ağalarov Bakının yaxınlığındakı Nardaran qəsəbəsində Xəzər dənizi sahilində böyük sahil şəhərciyi — Sea Breeza qəsəbəsini inşa etdirir. Layihə artıq Özbəkistanda da qurulma mərhələsindədir. Musavat.com-un daha əvvəl hazırladığı xəbərdə də qeyd olunurdu ki, Emin Ağalarov bu modeli digər ölkələrə yaymaq niyyətindədir.
İndi isə bu plan artıq Bodrum gerçəkliklərinə köklənib. Əgər ötən dəfə Emin Bodrumdan yaydığı videoda sadəcə «bəlkə burada da Sea Breeza tikərik» deyərək bunu anlıq əhval kimi səsləndirmişdisə, indi yayılan görüntülərdən bəlli olur ki, bu niyyət çox ciddi mərhələyə keçib.
Emin Ağalarovun bu gün yaydığı videoda o, helikopterlə Bodrumun üzərində dövrə vurur, uyğun ərazi axtarır və qarşısında Sea Breeza layihələrinin kağız üzərindəki eskizlərini nümayiş etdirir. Bu görüntülər onun artıq layihə üzərində praktiki işə başladığını sübut edir.
Beləliklə, görünür Ege dənizinin sahilləri də tezliklə Sea Breeza brendinin yeni ünvanına çevriləcək. Emin Ağalarovun Nardaran sahilində yaratdığı «kiçik Xəzər şəhəri» konsepsiyası indi «kiçik Ege şəhəri» formatında Türkiyədə də həyata keçiriləcək.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 36

Xəbər lenti
03-09-2025 09:30
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930