Röya Baləlinin mahnısını oxudu - Video
(12-06-2025, 15:30)

 Xalq artisti Röya Ayxan yenidən musiqisevərləri sevindirib.
dovrunnabzi.az xəbər verir ki, müğənni "Qürur" adlı yeni mahnısını ictimaiyyətə təqdim edib.

Mahnının sözləri və musiqisi meyxanaçı baləli tərəfindən yazılıb və modern pop janrında işlənib. "Qürur" həm melodiyası, həm də dərin mənalı sözləri ilə dinləyicilərə öz hisslərini ifadə etmək imkanı verir.
Emosional məzmunu və güclü vokal performansı ilə seçilən bu mahnı Röyanın yaradıcılığında yeni bir mərhələ kimi qiymətləndirilib.
Röya mahnı ilə bağlı açıqlamasında bildirib:
“Bu mahnı mənim üçün çox özəldir. Hər bir insanın həyatında yaşadığı qürurlu anlar var. Bu hissi musiqi ilə paylaşmaq istədim”.
Yeni ifa artıq rəqəmsal platformalarda yerləşdirilib və qısa zamanda dinləyicilərdən müsbət rəylər almağa başlayıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 25

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930