Sosial şəbəkədən istifadə psixi sağlamlığa necə təsir edir?
(12-01-2024, 16:30)


Sosial şəbəkədən istifadə psixi sağlamlığa necə təsir edir?

Sosial şəbəkə istifadəsini gündə otuz dəqiqə azaltmaq psixi sağlamlığı yaxşılaşdırır.

Bu, Almaniyada aparılan araşdırma nəticəsində məlum olub.

Ruhr Universiteti və Alman Ruh Sağlamlığı Mərkəzi tərəfindən aparılan araşdırmada sosial şəbəkədən istifadənin psixi sağlamlıq və iş performansına təsiri araşdırılıb. Araşdırma “Davranış və İnformasiya Texnologiyaları” jurnalında da dərc olunub.

Qeyd olunur ki, tədqiqatda 166 iştirakçı iki qrupa bölünüb. Tədqiqatdan əvvəl qruplar arasında iş yükü, işdən məmnunluq, işlərinə bağlılıq, psixi sağlamlıq, stres səviyyəsi, işdən çıxarılma qorxusu kimi mövzularda sorğular keçirilib. Birinci qrup gündəlik sosial media vərdişlərini davam etdirib, ikinci qrup isə bir həftə ərzində gündəlik sosial media istifadəsini otuz dəqiqə azaldıb. Nəticədə ikinci qrupdakı insanlarda ruhi cəhətdən daha yaxşı hiss etdikləri və işlərinə daha çox diqqət yetirərək bundan daha çox məmnun olduqları aşkara çıxıb.

Araşdırmanın müəlliflərindən olan Ruhr Universitetinin dosenti Julia Brailovskaia bildirib ki, beynimiz daim diqqəti yayındıran amillərin öhdəsindən gəlmək üçün mübarizə aparır. Sosial şəbəkəni yoxlamaq üçün işini yarımçıq qoyan insanlar daha çətin anlar yaşayırlar.(Modern)
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 43

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930