Naxçıvan Mərmər zavodu rəhbərliyinin DƏVƏ KİNİ... - BUNUN BAŞQA ADI YOXDUR...
(4-07-2023, 13:30)


Naxçıvan Mərmər zavodu rəhbərliyinin DƏVƏ KİNİ... - BUNUN BAŞQA ADI YOXDUR...

"Mart ayında Naxçıvan Mərmər zavodunun işçiləri 4 aydır maaşlarının verilməməsinə etiraz məqsədilə tətil keçirirdilər. Onlardan biri mənə etiraz aksiyasının videosunu çəkib göndərmiş, mən də onu paylaşmışdım. Daha sonra məlum olmuşdu ki, mərmər zavodunun yeni rəhbərliyi işini təhvil almadığından maaş cədvəli hələ tutulmayıb. O səbəbdən də maaşların verilməsi yubanır".

Bu açıqlama ilə əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuz çıxış edib.

H.Oğuz daha sonra bildirir:

"Zavod rəhbərliyi adından mənimlə danışan şəxslə centlemen razılığa gəlmişdik: mən zavodun yeni rəhbərliyinin işgüzar nüfuzuna zərbə vuran bu paylaşımı siləcəyəm, rəhbərlik isə bir neçə gün ərzində işçilərin maaşını verəcək.

İnsafən, aramızda əldə olunan razılığa hər iki tərəf əməl etmişdi. Mən də, zavodun işçiləri də buna xeyli sevinmişdi.

Sən demə, bütün bunlar üzdə görünən imiş. Məgər ki, Naxçıvan Mərmər zavodunun rəhbərliyi mənə video atan işçinin kimliyini müəyyənləşdirib, onu "qara siyahı"ya salıbmış. Adı da Aydın Abdullayev imiş".

H.Oğuz artıq həmin işçi ilə bağlı yekun qərar verildiyini də açıqlayaraq, Naxçıvan Mərmər zavodunun rəhbərliyinə xitab edib, işçi ilə bağlı xahişini ifadə edib: "Dünən informasiya sızdırdığından şübhələnilən bu şəxsi işdən çıxarıblar. Naxçıvan Mərmər zavodu rəhbərliyinin bu addımını İnformasiya almaq və vermək azadlığının məhdudlaşdırılması kimi qiymətləndirir, tez bir zamanda bu səhvin düzəldilməsini təmənna edirəm".(DİA.AZ)

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 105

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930