Qax rayonu 7 saylı Yol İstismarı” MMC–yə məxsus asvalt-zavodun fəaliyyətində çoxsaylı nöqsan aşkarlanıb
(20-06-2023, 15:00)

 
Hörmətli oxucular!
Qax rayonunda yerləşən Yol İdarəsinə məxsus, Əhməd müəllimin idarə etdiyi asvalt-zavodun fəaliyyətində çoxsaylı nöqsanların mövcud olduğu aşkar edilmiş, nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki, zavoddakı təmizləyici qurğulara texniki xidmət göstərilmədiyindən ətraf mühitə tullantı atıldığı məlum olub. Həmçinin, müəssisənin ərazisi quru ot, kol-kos və qamışlardan, yanacaq-sürtgü materiallarından və qalıqlarından təmizlənməyib ki, bu da öz növbəsində isti yay aylarında birbaşa yanğın təhlükəsinə işarədir.
Bu qədər neqativ hal, qanun pozuntusu olan müəssisənin fəaliyyət göstərməsinə şahid olanda haqlı olaraq bir sual bizi çox düşündürür... Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov, Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev hara baxır? Niyə bu özbaşınalığın qarşısını qanuni şəkildə alıb, yoluna qoyan yoxdu?
Mövzunu diqqətdə saxlayacağıq.
Bizi izləyin...
Qarşı tərəfin də söz haqqını tanıyırıq...


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 300

Xəbər lenti
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930