Şəmkirdə qanunsuz fəaliyyət göstərən sahibkar peyda olub - "Xaladelnik Tahir" kimə arxayındır?
(18-06-2023, 14:00)

 
Hörmətli oxucular!
Şəmkir rayonunun Çinarlı qəsəbəsində qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanası aşkarlanıb.
Bunu redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarına əsaslanaraq qeyd edirik.
Sənədləri rəsmi olmadan fəaliyyət göstərən qum-çınqıl karxanasında görülən işlərin başında Tahir (ləqəbi "xaladelnik") adlı vətəndaş dayanır.  
Heç kəsə sirr deyl ki, ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Lakin bütün bunlara baxmayaraq hələdə Şəmkir rayonunun Çinarlı qəsəbəsində fəaliyyət göstərən qum-çınqıl karxanasında istismarçılar tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işləri aparılır. Qum-çınqıl karxanası Tahir adlı işbaza məxsusdur. Obyektin sənədləri də  qaydasında deyil, eyni zamanda karxanadakı avadanlıqlar da standartlara cavab vermir və taxniki cəhətdən nasaz vəziyyətdədir.
Məlumat üçün bildirək ki karxanada çalışan işçilərindən həyatı təhlükədədədir. İşçilərlə işə götürən arasında heç bir rəsmi əmək müqaviləsi bağlanmır və bu hal da öz növbəsində əmək intizamının kobud şəkildə pozulması deməkdir.
Bir maraqlı faktı da qeyd etmək istəyirik ki, sözügedən karxanaya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən yoxlama gələndə işləri dayandırırlar, amma yoxlama geden kimi öz çirkin əməllərinə davam edirlər. 
Bəs belə olan halda, Ekologiya Naziri cənab Muxtar Babayev hara baxır, onun etimad göstərdiyi işçisinə tapşırıq verə bilmirmi ki, bu dərəcədə qanun pozuntulari halları baş verir?!
Ümid edirik ki, təqdim etdiyimiz bu faktlara Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov biganə qalmayacaq və bu obyekt barəsində qanuni tədbir görəcək.
Mövzunu diqqətdə saxlayacağıq və bəh etdiklərimiz barədə aiddiyyatı orqanlara rəsmi müraciət ünvanlamışıq.
Redaksiya olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq.

dovrunnabzi.az
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 169

Xəbər lenti