Şəmkirdə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanası aşkarlanıb - FAKT
(18-06-2023, 10:00)

Hörmətli oxucular!
Şəmkir rayonunun Şəmkir stansiyası adlanan ərazidə qanunsuz fəaliyyət göstərən qum-çınqıl karxanası aşkarlanıb.
Bunu redaksiyamıza daxil olan çoxsaylı şikayət məktublarına əsaslanaraq qeyd edirik.
Sənədləri rəsmi olmadan fəaliyyət göstərən qum-çınqıl karxanasında görülən işlərin başında Habil adlı vətəndaş dayanır.
Heç kəsə sirr deyl ki, ölkəmizdə ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində mühüm işlər görülməkdədir.
Lakin bütün bunlara baxmayaraq hələdə Şəmkir rayonunun Şəmkir stansiyası adlanan ərazidə fəaliyyət göstərən qum-çınqıl karxanasında istismarçılar tərəfindən yataqayırma hüdudundan kənarda, eyni zamanda icazə verilən istismar dərinliyindən artıq məsafədə qanunsuz hasilat işləri aparılır. Qum-çınqıl karxanası Habil adlı işbaza məxsusdur. Obyektin sənədləri də qaydasında deyil, eyni zamanda karxanadakı avadanlıqlar da standartlara cavab vermir və taxniki cəhətdən nasaz vəziyyətdədir.
Məlumat üçün bildirək ki karxanada çalışan işçilərindən həyatı təhlükədədədir. İşçilərlə işə götürən arasında heç bir rəsmi əmək müqaviləsi bağlanmır və bu hal da öz növbəsində əmək intizamının kobud şəkildə pozulması deməkdir.
Ümid edirik ki, təqdim etdiyimiz bu faktlara Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov biganə qalmayacaq və bu obyekt barəsində qanuni tədbir görəcək.
Mövzunu diqqətdə saxlayacağıq və bəh etdiklərimiz barədə aiddiyyatı orqanlara rəsmi müraciət ünvanlamışıq.
Redaksiya olaraq qarşı tərəfin də söz haqqını tanıyırıq.
dovrunnabzi.az
Ana səhifəyə qayıt
Oxunub: 256
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar