95 milyon manat büdcə vəsaiti dövlət siyasətinə uyğunsuz xərclənib - RƏSMİ İTTİHAM
(18-04-2023, 15:00)

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) fermer (yəni, kənd təsərrüfatı məhsullarının istehsalçısı) kimi qeydiyyatda olmayan 2020-ci ildə 510 sayda, 2021-ci ildə 2049 sayda rezident hüquqi və ya fiziki şəxsə texnikaların və avadanlıqların alışı üzrə 40% güzəşt maliyyə təminatı qismində verilib.
Ümumilikdə bu məqsədlə 95 milyon 6,4 min manat məbləğində vəsait (həmin güzəşt üzrə xərclənmiş ümumi vəsaitin 65,7%-i) verilib ki, bu da vergi güzəştləri və azadolmalarının tətbiqi üzrə dövlət siyasəti ilə uyğunsuzluqlar yaradıb.
Qeyd edək ki, texnikaların(kənd təsərrüfatı texnikasının, texnoloji avadanlıqların, suvarma sistemləri dəstinin və avadanlıqların) 40%-lik güzəşt hissəsinin maliyyələşdirilməsi ilə reallaşdırılan alışı prosesində daxili nəzarətin malların bir vergi ödəyicisindən digərinə hərəkətini təsdiqləyən elektron qaimə-fakturalar üzərindən həyata keçirilməməsi dövlət büdcəsindən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsi vəziyyətinin müəyyənləşdirilməsini mümkünsüz edib.
Ana səhifəyə qayıt
Oxunub: 121
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
Seçilənlər






