Manatı devalvasiya riski gözləyir? - AÇIQLAMA
(29-10-2021, 12:22)

Mərkəzi Bank diqqətlə medianı izləyir, gedən prosesləri dərindən təhlil edir. Xarakterik cəhət ondan ibarətdir ki, ekspertlər cəmiyyətə dəqiq proqnozlar verirlər, mənim dediyim fikirləri bu və ya digər formada təkrar edirlər.
Bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinin elan edilməsinə dair onlayn mətbuat konfransında manatın devalvasiyasından danışarkən bildirib.
E.Rüstəmov deyib ki, mətbuata çıxarılan başlıqlar sensasiyaya xidmət edir:
“Amma spikulyativ xarakterli başlıqlar nəyə xidmət edir, onu anlamıram. Bu gün bütün ölkədəki situasiya makroiqtisadi sabitliyi özündə ehtiva edir. Bu gün Mərkəzi Bank və hökumətin qərarlarına əsasən nə bu il, nə də qarşıdakı illərdə manat üçün təhlükə gözlənilmir. Əksinə manat möhkəmlənməkdə davam edir”.
Baş bankir qeyd edib ki, əhalini hansısa məqalə və başlıqlarla narahat etmək yolverilməzdir
Ana səhifəyə qayıt
Oxunub: 243
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər