Azərbaycan Ermənistana keçən İran maşınlarından rüsum almağa başladı...-FOTO
(13-09-2021, 09:30)
Belə sərhəd və gömrük postları 10 noyabrdan bəri Laçın dəhlizində, yəni Laçın rayonunun Ermənistanla sərhəd-keçid məntəqəsində də qurulmalı idi...
Dünən- sentyabrın 12-si, saat 12:00-dan başlayaraq Gorus-Qafan yolunun Azərbaycan Respublikası ərazisindən keçən hissəsində yerləşən sərhəd-buraxılış məntəqəsindəki Azərbaycan sərhədçi və gömrükçüləri yolu keçmək üçün İran yük maşınlarını yoxlayır və sürücülərdən müvafiq məbləğdə rüsum ödənilməsini tələb edirlər.

Bu barədə “Hayastan” blokunun deputatı Vaqe Akopyanın həyat yoldaşı Elizabet Petrosyan öz “Facebook” səhifəsində məlumat paylaşıb.
Bundan əlavə, “Facebook”-un erməni seqmentinin istifadəçiləri Gorus-Qafan avtomobil yolunda Azərbaycan sərhədçiləri tərəfindən gömrük rüsumunun ödənilməsi barədə qəbzin fotosunu da yaymağa başlayıblar...
Zəruri şərh:
Azərbaycan Respublikasının öz suveren ərazisindən keçən istənilən xarici nəqliyyat vasitəsi və ya vətəndaşı saxlayıb yoxlamağa və onlardan rüsum tələb etməyə haqqı var. Belə sərhəd və gömrük postları 10 noyabrdan bəri Laçın dəhlizində, yəni Laçın rayonunun Ermənistanla sərhəd-keçid məntəqəsində də qurulmalı idi...
Ana səhifəyə qayıt
Oxunub: 203
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər