Elman Rüstəmovdan manatla bağlı MÜHÜM AÇIQLAMA
(31-03-2021, 14:00)

Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir.
Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir.
"Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabitliyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir", - deyə bankın sədri bildirib.
E. Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var.
Xatırladaq ki, 2021-ci ilin martın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.
Ana səhifəyə qayıt
Oxunub: 248
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər