Onlar Xocavəndə kiçik biznesləri ilə qayıdacaqlar - FOTOLAR  
 (19-12-2020, 14:44) 
	44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin nəticəsi olaraq öz azadlığına qovuşan yurd yerlərinə hazırlaşanlar sırasında Xocavənd sakinləri də var. İşğaldan azad edilən digər ərazilərimizin sakinləri kimi, bu gün onların da sevinci, qürur duyğuları sonsuzdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, doğma torpaqlarına qayıtmağa hazırlaşan bu insanların bir çoxu dövlət qayğısının bir təzahürü olaraq nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib.
Proqram çərçivəsində onlara mal və materiallar, avadanlıqlar verilməklə, müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.
Onlar bu kiçik bizneslərini Xocavəndə aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər. Dövlətin dəstəyini hər zaman hiss etdiklərini deyən Xocavənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürlərini bildirirlər.





   Ana səhifəyə qayıt               
         
         
         
         
         
         
         
         
         Oxunub: 199
 
	
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
Xəbər lenti
   
		    09-10-2025 16:23
 
                
 
 05-09-2025 09:00
 
                
 
 04-09-2025 17:30
 
                
 
 04-09-2025 13:30
 
                
 
 04-09-2025 09:30
 
                
 
 03-09-2025 16:30
 
                
 
 
				Ən çox baxılanlar
					
  
  
				Təqvim
					
  
  | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
				Seçilənlər
					
  
  






