Qırğızıstanda ətin qiymətini dövlət tənzimləyəcək
(31-07-2025, 12:00)

Qırğızıstan ətin qiymətinə dövlət tənzimlənməsi tətbiq edəcək.
dovrunnabzi.az yerli mediaya istinadla xəbər verir ki, müvafiq qərar Nazirlər Kabineti sədrinin müavini - Su Nazirliyinin rəhbəri Bakıt Torobayevin sədrliyi ilə keçirilən iclasda qəbul edilib.
Bildirilir ki, hakimiyyət ətin bahalaşmasının qarşısını almaq, mal-qaranın sərhəddən keçirilməsinə nəzarəti gücləndirmək və onun ixracına kəmiyyət məhdudiyyətləri qoymaq istəyir.
İqtisadiyyat və Ticarət Nazirliyi yanında Antiinhisar Xidmətinə ölkə ərazisində ətin qiymətlərinin mütəmadi olaraq monitorinqini və təhlilini aparmaq tapşırılıb. Baytarlıq Xidmətinə və heyvandarlıq sahəsində digər idarələrə şəxsi mal-qara daşıyıcılarına sanitar nəzarəti gücləndirmək tapşırılıb.
Hakimiyyət sərhədçilərlə birlikdə heyvanların qeyri-qanuni ixracına qarşı da mübarizə aparacaq.
Qeyd edək ki, Qırğızıstan ət və ət məhsullarına tələbat böyük olduğu üçün möhtəkirlər əhalinin bu durumundan istifadə edərək qiymətləri vaxtaşırı artırmaqla daha çox pul qazanmaq istəyirlər.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 27

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930