Rusiyanın neft-qazına sanksiya - Tramp DƏSTƏKLƏDİ
(30-06-2025, 11:00)

 ABŞ Prezidenti Donald Tramp Konqresdə Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini dəstəkləyib.
dovrunnabzi.az xəbər verir ki, bu barədə respublikaçı senator Lindsi Qrem "ABC News"a müsahibəsində deyib.
“Dünən mən prezidentlə qolf oynayanda o, ilk dəfə mənə dedi ki, bu qanun layihəsi ilə irəliləməyin vaxtıdır”, - senator bildirib.
L.Qrem Senatın iyulda Rusiyaya qarşı yeni sanksiyalara dair qanun layihəsinə baxacağını gözləyir.
Qanun layihəsi aprelin əvvəlində Senat üzvlərindən ibarət ikipartiyalı qrup tərəfindən təqdim edilib. Sənədin əsas müəllifləri senatorlar Lindsi Qrem və Riçard Blumentaldır. Layihə Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları nəzərdə tutur. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-yə idxala 500% idxal rüsumları daxil edilib.
"Rusiyadan mal alsanız və Ukraynaya kömək etməsəniz, ABŞ-yə tədarükünüzə 500 % rüsum qoyulacaq. Hindistan və Çin Rusiya neftinin 70 %-ni alır, bu qanun layihəsi belə ölkələrə rüsumlar tətbiq etməyə imkan verəcək", - Qrem söyləyib.шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 21

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930