Azərbaycanda dövlət qurumlarının idxalı kəskin artıb
(19-06-2025, 10:00)

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın idxalının dəyəri 36,5 faiz artaraq 9 milyard 964 milyon 840 min dollar bərabər olub.

dovrunnabzi.az Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir ki, idxaldakı artımın çox mühüm hissəsi dövlət sektorunun hesabına baş verib.

Belə ki, ötən ilin eyni dövründə dövlət qurumlarının idxalının həcmi 1 milyard 595,011 min dollar bərabər olmaqla, ümumi idxalda payı 21,85 faiz təşkil etmişdi. Bu ilin eyni dövründə isə dövlətə məxsus qurumların idxalı 3 milyard 781 milyon 777 min dollara, onun ümumi idxalda payı isə 37,95 faizə çatıb. Bu, dövlət idxalının 2,4 dəfə artması deməkdir.

Bu artımın iki mühüm səbəbi ola bilər. Birincisi, Dövlət Neft Fondunun qızıl alışları, ikincisi isə müdafiə təyinatlı idxaldır. Hər iki istiqamətdə idxalın kəskin artımı qeydə alınıb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 19

Xəbər lenti
02-09-2025 17:00
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930